Kəsim üçün başı bağlanan dana qəssabın əlindən qaçaraq ətrafdakı sakinlərə dəhşətli anlar yaşadıb. İpi qıran heyvan ətrafdakı avtomobilləri də əzib. Hadisə bir neçə gün əvvəl Masazır qəsəbəsində baş verib.
Dananı yalnız polisin xidməti silahı ram edə bilib.