Keçmiş həyat yoldaşı Aysel Şükürü bıçaqlamaq istədi – FOTO
Bloger Aysel Şükürova keçmiş həyat yoldaşı Elşən Əsgərlinin onu bıçaqlamaq istədiyini deyib.
Bloger bu barədə özü məlumat yayıb. Aysel bildirib ki, dostlarından biri araya girməsəydi hazırda həyatda olmayacaqdı:
“Dünən yanımda olan bütün dostlarıma təşəkkür edirəm. Elşən Əsgərli məni bıçaqlamaq istəyirdi. Dostlarım araya girdi. Bıçaq dostlarımdan birinin əlinə və ayağına girdi. Mən ondan sübut istədim. Heç nəyi sübut edə bilmədi. Oğlumun, anamın yanında evimin qabağında ağzına gələni danışdı. Daha sonra məni sakit danışmaq adı ilə görüşə çağırdı. Getdim. Elə danışan yerdə mənə bıçaq çəkdi. Bunların hamısını videoya çəkmişəm. Məni bıçaqlamaq istəyəndə bıçaq dostumun əlinə, ayağına girdi. Sonra polislər gəldi. Polislərimizə təşəkkür edirəm”.
Keçmiş cütlük aliment səbəbilə problem yaşayıb. Bloger hadisə zamanı ağır travma aldığı üçün hazırda xəstəxanaya yerləşdirildiyini deyib.
Baku.ws
Tarix: 04 avqust 2023
Baxış: 186
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş