Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
14 gün çörək yeməsəz baş verəcək - 4 dəyişiklik

Çörəklə bağlı miflər çoxdur, çoxları ağ çörəyin zərərli olduğuna inanıb, qara çörəyə keçib. Bir çoxları isə daha da irəli gedərək bu qidadan tam imtina edib.
Dietoloq Vasilisa Ponamaryovanın sözlərinə görə, çörəyin tərkibində sağlamlığınıza və rifahınıza mənfi təsir göstərə biləcək bəzi maddələr var:
- Qlüten
- Şəkər
- Süni dadlandırıcılar
- Konservantlar
- Fitatlar
- Glifosat
 Çörək yemədikdə orqanizmdə bu dəyişikliklər baş verir:
- Qlütenə qarşı dözümsüzlüyün fəsadları aradan qalxır: Bir çox insan qlütenə qarşı allergikdir və ya dözümsüzdür. Çörək yeyəndə həzm sistemində bu qıcıqlanma və iltihaba, həmçinin qazın yığılmasına səbəb olur. Belə adamların bağırsağında xroniki iltihabi proseslər başlayır.
- Daha az beyin dumanı: Başınız daha az ağrıyacaq, yaddaşınız yaxşılaşacaq.
- Əhval-ruhiyyə yaxşılaşacaq: Daha az depressiv əhval-ruhiyyədə olacaqsınız. Bu, xoşbəxtlik hormonu serotoninin bağırsaqlarda istehsal olunması ilə bağlıdır. Bağırsaqlar yaxşı vəziyyətdə olduqda, istehsal da yaxşılaşır.
- Daha az iltihab və ağrı: Bədəninizdə daha az iltihab və ağrı olacaq, bu xüsusilə artrit, osteoartrit, əzələ ağrısı və ya otoimmün xəstəliklərə aiddir.\\Medicina
Tarix: 26 iyul 2023
Baxış: 271

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş