Xəbər lenti
Reklam
Zaqatalada maşın ağaca çırpıldı, xəsarət alanlar var

Zaqatalada minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var.
Gender.Az xəbər verir ki, hadisə axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala rayonu Lahıc kənd inzibati ərazisində baş verib.
İlkin məlumata görə, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Qəza zamanı biri azyaşlı olmaqla üç nəfər xəsarət alıb.
Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər. Hazırda yaralıların müayinəsi aparılır və şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.

Tarix: 17 iyul 2023
Baxış: 178

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş