Xəbər lenti
Reklam
Kəlbəcərdə arıçının minaya düşməsi ilə bağlı cinayət işi açıldı - YENİLƏNİB

Baş Prokurorluq Kəlbəcərdə arıçının minaya düşməsi ilə bağlı məlumat yayıb.
Prokurorluqdan verilən məlumata görə, hadisə ilə bağlı cinayət işi açılıb.
"Baş prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğuya cavab olaraq bildirilir ki, iyulun 13-ü saat 20 radələrində 1964-cü il təvəllüdlü Əliyev Sahib İsa oğlunun Kəlbəcər rayonunun Seyidlər kəndi ərazisində mina partlayışı nəticəsində ayağından xəsarət alması faktı üzrə Kəlbəcər rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır”, - deyə məlumatda qeyd olunub.
Kəlbəcərdə arıçılıq təsərrüfatı ilə məşğul olan şəxs minaya düşüb.
DİN-in mətbuat xidmətindən bildirilib ki, iyulun 13-də saat 20 radələrində Kəlbəcər rayonu Çopurlu kəndində arıçılıq təsərrüfatı ilə məşğul olan Əliyev Sahib İsa oğlunun minaya düşməsi ilə polisə məlumat daxil olub.
Hadisə rayonun Seyidlər kəndi ərazisində baş verib. S.Əliyev xəsarət alıb.

Tarix: 13 iyul 2023
Baxış: 168

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş