Əməkdar artist arvadını DÖYÜB: Elə deməyi ilə vurmağım bir oldu
Əməkdar artist Cavanşir Məmmədov həyat yoldaşını döyməsindən söz açıb.
Gender.Az lent.az-a istinadən xəbər verir ki, müğənninin sözlərinə görə, xanımı Xalidəyə yalnız bir dəfə əl qaldırıb:
"Bir həftə idi evlənmişdik. Gecə saat ikinin yarısı idi, toydan evə gəldim. Qapını açan kimi dedi ki, adam da bu vaxt evə gələr? Elə deməyi ilə vurulmağım bir oldu. Özümdən aslı olmayaraq onu vurdum. Demirəm ki, düz edib vurdum. Onu başa salmaq lazım idi. Amma elə bir yerdən gəlirdim ki, hövsələm daralmışdı. Kişi evə gələndə qadın ürəyində deməlidir ki, şükür olsun, sağ-salamat gəldi. Ondan sonra qarşısına çay qoymalısan, sonra deməlisən ki, necəsən? Mənim evimə gəlmisən ki, mənə qanun qoymağa? Yoxsa, mənə göstəriş verməyə gəlmisən?"
Tarix: 10 iyul 2023
Baxış: 203
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş