Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Fransada ŞOK CİNAYƏT - Arvadını başqa kişilərə sataraq videoya çəkib

Fransanın Provans vilayətində dünyanı şoka salan məhkəmə prosesi keçiriləcək.
Gender.Az xəbər verir ki, bu barədə “Baza” nəşri yerli mediaya istinadən xəbər paylaşıb.
Yayılan məlumata görə, Fransada bir kişi öz arvadına sakitləşdirici dərman verib yatırdıqdan sonra onunla cinsi əlaqədə olmaq istəyənlərə satıb.
Provansdan olan Dominik adlı fransızın evində aparılan axtarışlar nəticəsində şok videolar üzə çıxıb. Həmin videolar arxivləşdirilərək USB diskinə yazılıb. Sən demə, o, həyat yoldaşı Fransuaza (əsl adı deyil) ilə cinsi əlaqənin əksəriyyətini video-lentə alıb.
İstintaq müəyyən edib ki, Dominik həyat yoldaşlarının başqaları ilə cinsi əlaqəsini arzulayan şəxslərin tematik onlayn forumunda qeydiyyatdan keçib və sonradan həmin forumda arvadı ilə yatmaq istəyən şəxslərlə razılığa gəlib. Evə gələn müştərilərin də xəbəri olmadan bütün görüntülər onun tərəfindən lentə alınıb.
Müstəntiqlərin fikrincə, Dominik 2011-ci ildən 2020-ci ilə kimi bu işlə məşğul olub. Onun video arxivini araşdırdıqdan sonra polis 92 “zorlama faktı”nı müəyyən edib. Artıq 51 cinayətkar saxlanılıb. Onların yaş həddi 26-73 arasındadır. Qadının istəyi olmadan onunla cinsi əlaqədə olanlar tamamilə fərqli təbəqələrə mənsubdurlar: şübhəlilər arasında yük maşını sürücüsü, bank İT mütəxəssisi, jurnalist və həbsxana gözətçisi də var. Onların məhkəməsi dünyada analoqu olmayan bir miqyasda aparılacaq.
Fransuaza isə özü heç nə xatırlamadığını deyib. Qadın öz ifadəsində vurğulayıb ki, tez-tez özündə yorğunluq hiss edirmiş. Bu yaxınlarda isə həkimlər onda cinsi yolla keçən dörd xəstəlik aşkar ediblər. Qadın indi boşanmaq üçün də ayrıca məhkəməyə müraciət edib. \\KONKRET.az
Tarix: 23 iyun 2023
Baxış: 180

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş