Polisin yaşlı qadına qarşı gözyaşardıcı qazdan istifadəsi tənqid olundu - FOTO
Gədəbəy rayonunun Söyüdlü kəndində bir qrup yerli sakinlə polis arasında insident yaşanıb.
Gender.Az xəbər verir ki, kənd sakinlərinin etirazı polisin müdaxiləsi ilə qarşısı alınıb.
Qadınların qatıldığı aksiyada polisin yaşlı qadınlara qarşı gözyaşardıcı qazdan istifadə etməsi sosial şəbəkədə geniş müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri polisin bu hərəkətini tənqid ediblər, onun cəzalanmasını bildiriblər.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb. Qurumun Mətbuat xidmətindən bildirilib ki, tikintiyə müdaxilə edilib: “Bu gün günorta saatlarında Gədəbəy rayonu Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində inşa olunan süni gölün tikintisinə qanunsuz müdaxilə edib. Polis əməkdaşları tərəfindən qaydalara əməl etməyən şəxslərlə profilaktiki iş aparılmaqla onlar ərazidən kənarlaşdırılıb”. \\Ucnoqta.az
Tarix: 20 iyun 2023
Baxış: 208
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş