9 nəfərin ölümündə günahlandırılan azərbaycanlılara HÖKM OXUNDU
Moskva vilayətində 9 nəfərin ölümünə və daha 6 istehlakçının sağlamlığına ciddi zərər vuran spirtli içki istehsalçıları mühakimə olunub.
Ramenski şəhər məhkəməsi Turəli Qələndərov və Samir Zeynalovu ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərib və barələrində cərimə kəsib.
Qurumun məlumatına görə, 2018-ci ilin yanvar ayından 2021-ci ilin sentyabr ayına kimi məhkumlar tanınmış brendlər adı altında qeyri-qanuni olaraq metanol ilə spirt əvəzedicisinin ticarəti həyata keçiriblər. Onun istifadəsi səbəbindən doqquz nəfər, o cümlədən azyaşlı qız ölüb. Daha 6 nəfər isə ağır zəhərlənib. İşin istintaqı zamanı cinayətkarlardan ümumi dəyəri 600 min rubldan (12 min manatdan) çox olan 500 şüşə saxta mal götürülüb.
Məhkəmənin qərarına əsasən, Qələndərov 7 il cəza çəkəcək və 1,5 milyon rubl ( 30 min manatdan çox) cərimə ödəyəcək. 3,5 il müddətinə azadlıqdan məhrum edilən Zeynalov da eyni məbləği ödəyəcək. Bundan əlavə, cinayətkarlar zərərçəkənlərə 4,2 milyon rubl (85 min manatdan çox) məbləğində mənəvi təzminat ödəyəcəklər. Məhkəmənin hökmü hələ ki qanuni qüvvəyə minməyib. \\Lent.az
Tarix: 14 iyun 2023
Baxış: 174
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş