Adətən yemək yeyərkən yeməyin dadına və ətrinə, görünüşünə fikir veririk, amma yeməyi müşayiət edən səsləri düşünmürük. Lakin bu yalnışdır.
Çünki musiqi yeməyin ətrini artıra bilər, sanki ədviyyat rolunu oynaya bilər və hətta dad seçimlərimizə təsir edə bilər. Bura yeməyin yanında səslənən, eşidilən bütün səslər daxildir.
Çin və Danimarkadan olan mütəxəssislərinin araşdırmalarına görə, ağır musiqi həvəskarlarını daha az sağlam qidalar və fast food cəlb edirdi. Alimlər belə qənaətə gəliblər ki, səs-küylü musiqi, xüsusən də ağır metal üslubu - qərar qəbuletmə prosesini tənzimləmək üçün beynimizə müdaxilə edir.
Sakit halda yemək mədənin işinə yaxşı təsir edir.
Orta əsrlərdə ziyafətlərdə musiqiçilərin iştirakı məcburi idi. XVI əsrdə artıq Tafelmuzik (stol musiqisi) kimi bir istiqamət yarandı. Aristokratların evlərində təntənəli nahar və şam yeməkləri zamanı instrumental parçalar fa edilirdi ki, süfrə arxasında söhbətə mane olmasın.
Müasir dövrdə psixoloq, Oksford Universitetinin professoru Çarlz Spens uzun illər bu sahədə tədqiqatlar aparmış, daha sonra "Qastrofizika" elminin əsasını qoymuşdu.
Çarlz Spensin sözlərinə görə, hər hansı fon səsləri və səs-küy qidaya təsir edir. Ona görə mətbəxdə texnika, televizor, radio və hətta paltaryuyanın barabanın səsi qidanın keyfiyyətinə, dadına təsir göstərir.
Piano musiqisi meyvələrin, giləmeyvə və sitrus meyvələrinin təbii dadını artırır. Üstəlik, səs nə qədər yüksək olsa, effekt bir o qədər yaxşı ifadə edilir.
Mətbəxdə paltaryuyan maşının olması arzuolunan deyil. O işləyərkən, yemək yemək də sağlamlığa zərərlidir. \\Medicina