Pakistanda helikopter qəzası - Ölənlər var
Pakistanda Hayber-Paxtunxva əyalət hökumətinə məxsus humanitar yardım daşıyan helikopter qəzaya uğrayıb.
Gender.Az qafqazinfo-ya istinadən xəbər verir ki, əyalət naziri Əli Əmin Qandapur qəza zamanı ikisi pilot olmaqla 5 nəfərin həlak olduğunu bildirib.
Vilayətin baş katibi Şahab Əli Şahın sözlərinə görə, "Mi-17" helikopteri pis hava şəraiti səbəbindən qəzaya uğrayıb.
Bildirilib ki, helikopter Bəcaurun yağışdan zərər çəkmiş bölgələri üçün humanitar yardım aparırmış.
İlkin məlumatlara görə, təyyarə Peşəvərdən Bəcaura qalxıb və Mohmand qəbilə dairəsi üzərində onunla əlaqə kəsilib.
Tarix: 15 avqust 2025
Baxış: 26
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş