Redaktor seçimi
    Yeni Klinikanın direktoru orqanlarını bağışladı
Xəbər lenti
Reklam
Dünyanı qorxu altında saxlayan REJİSSOR – Bəs onun özü nədən qorxurdu?

Bir əsrdir çəkdiyi trillerləri hələ də aktual olan rejissor, ser Alfred Hiçkokun filmlərindən çox özü haqqında mistik abu-hava mövcuddur. Deyilənə görə, onun haqqında danışanda da ətrafda qeyri-adi hadisələr baş verir.

Bu gün onun ad günüdür...

1899-cu ilin avqustun 13-də məhz nəhs gündə Londonda doğulub. “Dahilərin qaranlıq tərəfi” kitabının müəllifi, Hiçkokun bioqrafı Donald Spoto onu qəddar, amma qorxaq bir insan kimi göstərir.
Qatı katolik intizamla böyüdülmüş Hiçkok hələ uşaqlıqdan qorxunun nə olduğunu öyrənmişdi. Hər gecə yatmazdan öncə anasının qarşısında diz çöküb gün ərzində etdikləri hər şeyə görə üzr istəməliydi. Gəzintidən gec qayıtdığına görə uşaq ikən atası tanış bir polislə danışaraq, onu qısa müddətlik təcridxanaya da saldırmışdı ki, bu oğluna dərs olsun.

Bu dərs isə ona ömürlük iz qoymuşdu, qorxu filmlərinin yaradıcısı polisdən çox qorxurdu.

Başqalarını incidən, ələ salan zarafatları da uşaqlıq travmasının nəticəsi idi. Məsələn, balıq iyindən iyrənən adama hisə verilmiş dörd yüz balıq hədiyyə etmişdi. Münaqişədə olduğu aktrisanın qızına isə anasının tabutda uzanmış bənzər kuklasını hədiyyə etmiş, uşağı çox qorxutmuşdu.

Hiçkok xoşuna gəlməyən qadınlara qara qızılgül dəstəsi göndərərmiş.

“Yoxa çıxmış xanım” filminin çəkilişləri zamanı aktrisa Marqaret Lokvud görmüşdü ki, Hiçkok səhər çay içəndən sonra fincanı çiyni üzərindən atır və geri baxmadan onun necə sınmasına qulaq asırmış. Bu isə onu rahatladırmış.

Onun daha bir qəribə qorxusu vardı – ovofobiya, yəni yumurta fobiyası. Yumurtadan və ona bənzəyən bütün oval formalı fiqurlardan, əşyalardan qorxarmış.

Alfred Hickok hətta öz filmlərinə baxmaqdan da qorxurdu. O, çəkilişdən sonra filmlərinin premyerasında olmayıb. “İnsanların mənim filmlərimə baxmağa necə dözə biləcəyini görmək istəmirəm”, demişdi.

Şəfiqə Şəfa, Bizim Media

Tarix: 13 avqust 2025
Baxış: 24

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş