Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Qardaşını qarajların yanına aparıb öldürdü - Təfərrüat - FOTO

Bakıda qardaşını qətlə yetirməkdə təqsirli bilinən Elxan Həbibovun cinayət işi üzrə təfərrüatlar məlum olub. 
Qətl hadisəsi Nərimanov rayonu ərazisində, Aşıq Alı küçəsi, 3 ünvanında baş verib. 45 yaşlı Elxan Həbibov yaşadıqları binanın həyətində qardaşı, 43 yaşlı Əbülfət Həbibovla mübahisə edib.
Mübahisə zamanı Elxan Həbibov üzərində gəzdirdiyi bıçaqla qardaşına bir neçə zərbə endirib. O, Əbülfət Həbibovun başından dəmir parçası ilə də dəfələrlə vurub. Nəticədə 43 yaşlı Əbülfət Həbibov hadisə yerində ölüb.
Faktla bağlı CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Qanlı cinayəti törətməkdə şübhəli bilinən Elxan Həbibov saxlanılıb.
Təqsirləndirilən şəxs qismində dindirilən Elxan Həbibov ifadəsində bildirib ki, 1995-ci, 2003 və 2007-ci illərdə narkotik vasitələrdən istifadə etdiyi üçün həbs edilib. Mərhum qardaşı ilə bir mənzildə yaşayıb. Onunla və iki üşağı ilə aralarında mütəmadi mübahisələri yaranıb. Bunlara ümumi söhbətlər zamanı sözlərinin düz gəlməməsi və fikir ayrılığı səbəb olub.
Dekabrın 25-də qardaşı Elxana oğlu Vüqardan üzaq dayanmasını və sözlərinə əməl etməsini bildirib. Bu səbəbdən o, əsəbləşib. Əbülfət evdən bayıra çıxaraq aşağı düşüb. Şkafdan özünə məxsus bıçağı götürən Elxan qardaşını vurmaq məqsədi ilə onu cibinə qoyub və küçəyə çıxıb. 
Evin qabaq tərəfində dayanan Əbülfəti söhbət etmək adı ilə qarajların yanına aparıb. Qardaşına artıq-əskik danışdığını bildirən Elxan gödəkcəsindən bıçaqı çıxarıb. İlk zərbəni onun sol böyründən vurub. Sonuncu uzanıqlı vəziyyətdə olarkən bir neçə dəfə də onun bədəninə zərbələr endirib. Bu zaman hadisə yerinə ətrafda olan insanlar yığışıb və onu kənara çəkiblər. 
Daha sonra Elxan əlindəki bıçağı hadisə yerinə gələn polis əməkdaşlarına verib və onlarla birlikdə polis bölməsinə gəlib.  
Həbibov qeyd edib ki, zərbələri vurarkən qardaşı ona müqavimət göstərməyib. 
Məhkəmə prosesi zamanı Elxan Həbibov ittiham üzrə özünü təqsirli bilib.
Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edib.
Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Elxan Həbibovun Cm-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə) maddələrində nəzərdə tutulan əməli törətməsini tam sübuta yetirilmiş hesab edib.
Sonda məhkəmənin hökmü ilə Elxan Həbibov 17 il müddətinə azadlıqdan məhrum edilib. 

1684499431_screenshot_11

1684499437_screenshot_10

1684499465_screenshot_8

1684499423_screenshot_14

1684499479_screenshot_13

1684499472_screenshot_12


Ölkə.Az

Tarix: 19 may 2023
Baxış: 505

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş