Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Daha bir azyaşlı məcburi ƏRƏ VERİLİR – 15 yaşlı qızın toy dəvətnamələri PAYLANDI - FOTOFAKT

Valideynləri tərəfindən təhsildən yayındırılan 15 yaşlı qız ərə verilir. 
Gender.Az xəbər verir ki, bu barədə məsələni “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova ictimailəşdirib.
Onun sözlərinə görə 15 yaşlı qızın toyu mayın 27-nə təyin edilib və artıq qonşulara dəvətnamə də paylanılıb. 
Mehriban Zeynalovanın sözlərinə görə azyaşlı dəfələrlə başqa şəxslərlə məcburi nişanlandırılıb, ancaq nişanı qaytarılıb:
“Qızın özünün evlilik barədə razılığı yoxdur. Ancaq ailə tez bir zamanda sanki qızlarından qurtarmaq üçün can atır. Beyləqan rayonu Birinci Şahsevən kəndi ərazisində baş verən bu hadisəni qınayırıq və azyaşlıya təhsilinə gələcəyinə dəstək göstərməyə hazırıq”. 
Hüquq müdafiəçisi Daxili işlər Naziliyinə səslənərək məsələnin nəzarətə götürülməsini istəyib. 
Daxili İşlər Nazirliyin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev Bizim.Media-ya açıqlamasında məsələnin araşdırıldığını bildirib.
Tarix: 17 may 2023
Baxış: 234

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş