Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Arvadını anasının gözü qarşısında öldürdü - Qətlin ŞOK TƏFƏRRÜATLARI

Abşeron rayonunda arvadını qətlə yetirməkdə təqsirli bilinən Elgün Ağasənovun cinayət işi üzrə təfərrüatlar məlum olub.
Xırdalan şəhəri 20 Yanvar küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşayan 1986-cı il təvəllüdlü Ağasənov Elgün Rasim oğlu həyat yoldaşı - 1994-cü il təvəllüdlü Nadirova Axirə İsməmməd qızını şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı bıçaqla qətlə yetirib.
Qətl hadisəsi mərhumun anasının gözü qarşısında baş verib.
Keçirilən əməliyyat tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Elgün Ağasənov saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
İş üzrə dindirilmiş Elgün Ağasənov ifadəsində bildirib ki, Axirə Nadirova ilə 2014-cü ildə ailə həyatı qurub və nigahdan bir qızları olub. Aralarında maddi imkansızlıq səbəbindən mütəmadi söz-söhbətlər baş verib. 
Hadisədən 2 ay əvvəl bacanağı İlqar Novruzovun evində qalarkən Axirə spirtli içki qəbul etməyini irad tutaraq onu nalayiq ifadələrlə təhqir edib. O da bundan əsəbləşərək arvadını döyüb. Axirə ondan polis şöbəsinə şikayət ərizəsi verib. Bunun əsasında barəsində araşdırma aparılıb və iş baxılması üçün məhkəməyə göndərilib. Həmin vaxtdan onlar ayrı yaşamağa başlayıblar. 
O, uşağını görmək istədikdə, Axirə və qayınanası ona müxtəlif maneçiliklər yaradıblar. Buna görədə o, bacanağı Elçin Balayevdən uşağı ilə görüşməyinə şərait yaratmağı xahiş edib. Axirədə yanvarın 9-da uşaqla görüşməyinə icazə verib. 
Həmin gün saat 13:00 raədlərində Elgün qayınanası gilə gəlib. Evə daxil olduqda Axirənin harasa getməyə hazırlaşdığını görüb. Yoldaşı uşağı onun qucağından alıb və övladı ilə görüşdürməyə vaxtının olmadığını deyərək Ağasənovu söyüb. Axirənin hərəkətlərindən əsəbləşərək masanın üstündən mətbəx bıçağını götürüb onu bir neçə dəfə vurub. Bu vaxt qayınanası digər otaqda olub. Qapıdan çıxmaq istəyəndə anası onun gödəkcəsindən tutub dartıb. Elgün qayınanasını itələyərək əlində olan bıçağı yerə atıb və oradan uzaqlaşıb.
Elgün Ağasənov bildirib ki, qardaşı Elçinlə Ramana qəsəbəsində görüşəndən sonra könüllü polis idarəsinə gedərək təslim olub.
O, qeyd edib ki, arvadını öldürmək məqsədi olmayıb. Axirənin kiminləsə görüşə getdiyini dediyinə, uşağını görməyə imkan vermədiyinə və onu təhqir etdiyinə görə bir anlıq özündən çıxıb. Əməlindən peşmandı.
Zərərçəkmiş şəxsin hüquqi varisi Yasəmən İbadova ifadəsində göstərib ki, Elgün ailəsini dolandıra bilməyib. Mütəmadi spirtli içki qəbul edib. Bu səbəbdən ailədə söz-səhbət olub. Qızı Kürdəmir rayon məhkəməsinə boşanma ərizəsi verib. Həmin ərəfədə kürəkəninin Axirəni döyməsi barədə işə baxan Pirallahı rayon məhkəməsi uşağı görməsinə şarəit yaratması barədə qərar çıxarıb. 
Yanvarın 9-da günorta evlərinə gələn Elgün onun gözü qarşısında bıçaqla Axirəyə zərbələr endirib. Bunun qarşısını almağa çalışanda onu təpiklə vurub və hadisə yerindən qaçıb. Qadın dərhal təcili tibbi yardıma və "102" xidmətinə  zəng vurub.  Onun fikrində Elgünün Axirəni öldürməsinin səbəbi sonuncunun məhkəməyə boşanma ərizəsi verməsi olub.
Məhkəmə prosesində Elgün Ağasənov ittiham üzrə özünü qismən təqsirli bilib. 
Zərərçəkmiş şəxsin hüquqi varisi xahiş edib ki, təqsirləndirilən şəxsə qanuna müvafiq cəza verilsin.
Sonda məhkəmənin hökmü ilə Elgün Ağasənov 17 il 2 ay müddətinə azadlıqdan məhrum olunub.\\Referans.az

Tarix: 09 may 2023
Baxış: 195

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş