Xəbər lenti
Reklam
Zirəddin arvadını bıçaqladı

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.
Gender.Az-ın məlumatına görə, rayon sakini olan kişinin keçmiş həyat yoldaşına bir neçə bıçaq zərbəsi vurduğu bildirilir.
Qadın xəstəxanaya yerləşdirilib.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov APA-ya bildirib ki, Şəmkir Rayon Polis Şöbəsinə rayon sakini, 1996-cı il təvəllüdlü Günay Musayevanın bədəninin müxtəlif bıçaq xəsarətləri ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilməsi ilə bağlı məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, zərərçəkənin keçmiş həyat yoldaşı, 1990-cı il təvəllüdlü Zirəddin Zirəddinzadə saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Tarix: 19 aprel 2023
Baxış: 225

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş