Əfqanıstanda güclü zəlzələ baş verdi
Əfqanıstanın şimal-şərqində 6,5 bal gücündə zəlzələ baş verib.
Gender.Az xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri Əfqanıstanın Bədəxşan əyalətinin Cirm kəndindən 38 kilometr cənub-şərqdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat verilməyib.
Qeyd edək ki, yeraltı təkanlar Özbəkistan, Qırğızıstan və Pakistan kimi qonşu ölkələrdə də hiss edilib.
Tarix: 21 mart 2023
Baxış: 218
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş