Rumıniyada daha bir güclü zəlzələ baş verdi
Çərşənbə axşamı Rumıniyada 5,7 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri 102 min nəfərin yaşadığı Drobeta-Turnu Severin şəhərindən 56 km şimal-şərqdə yerləşib. Mənbə 40 km dərinlikdə olub.
Hələlik tələfat və dağıntılar barədə məlumat yoxdur.
Qeyd edək ki, ölkədə bazar ertəsi də 5,2 bal gücündə yeraltı təkanlar baş vermişdi. \\Ölkə.az
Tarix: 14 fevral 2023
Baxış: 233
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş