Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
40 ilə “Cinayət və Cəza” operasını yazan bəstəkar koronavirusdan öldü

Rusiyanın Xalq artisti, bəstəkar Eduard Artemyev vəfat edib.
Gender.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, məlumatı bəstəkarın oğlu verib.
Onun koronavirusdan vəfat etdiyi bildirilir.
Qeyd edək ki, bəstəkar noyabrın 30-da 85 yaşını qeyd edib. Artemiyevin musiqisi "Sevgi qulu", "Qohum", "Qəriblər arasında dost, dostlar arasında qərib", "Güzgü", "Solaris", "Günəşin yandırdığı", "Stalker", "Kuryer", "Günəş vurması" filmlərindən tanınır. Ümumilikdə iki yüz filmə musiqi yazıb. O, "Cinayət və Cəza" operasını 40 ilə ərsəyə gətirib. \\Qafqazinfo 

Tarix: 29 dekabr 2022
Baxış: 407

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş