Bakıda növbəti "mikser faciəsi": Xadimə qadın faciəvi şəkildə öldü
Bakıda qadın ətçəkən mikserə düşərək ölüb.
Gender.Az APA-ya istinadən xəbər verir ki, hadisə Qaradağ rayonu ərazisində yerləşən sexlərin birində baş verib.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Qaradağ rayonu ərazisində yerləşən ət kəsim sexlərindən birində xadimə işləyən 1982-ci il təvəllüdlü Rəqsanə Pirməmmədovanın elektrik mikserini təmizləyən zaman qurğunun hərəkətə gəlməsi nəticəsində qurğunun hissələri arasında qalaraq aldığı xəsarətlərdən hadisə yerində ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.
Tarix: 28 dekabr 2022
Baxış: 453
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş