Müsəlmanlığı qəbul edən yəhudi yazıçı öldü
Müsəlmanlığı qəbul edən yəhudi əsilli ABŞ yazıçısı Şəms Frilander 82 yaşında İstanbulda vəfat edib.
Uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən yazıçı noyabrın 22-də dünyasını dəyişib.Yazıçı bu gün İslam qaydlarına uyğun olaraq Türkiyənin Konya vilayətində torpağa tapşırılıb.
1940-cı ildə Nyu-Yorkda dünyaya gələn yazıçı universiteti bitirdikdən sonra qrafik dizayner kimi fəaliyyətə başlayıb və 1972-ci ildə Bruklin Musiqi Akademiyasına gələn mövləvilərlə tanış olub. Həmin il o, mövləvilərin dəvəti ilə Konyaya gələrək müsəlmanlığı qəbul edib.
Qrafik dizayn, fotoqraf, rəssamlıq, kino və təsəvvüf haqqında kitabların müəllifi olan Fridlander İslam Araşdırmaları İnstitutu tərəfindən 2012-ci ilin ən nüfuzlu 500 müsəlmanından biri seçilib.\\BakuPost
Tarix: 24 noyabr 2022
Baxış: 230
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş