Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Zavod çörəyi iki fazalı texnologiya ilə bişirilməlidir -Mutəxəssis Açıqlaması

“Əla növ undan hazırlanan zavod çörəkləri şəkər, diabet, ürək qan-damar sistemi xəstəlikləri olan insanlar üçün zərərlidir”. 

Gender.Az bildirir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında qida məsələləri üzrə mütəxəssis Ağa Salamov deyib. Ekspert qeyd edib ki, ikifazalı texnologiya ilə bişirilən çörəklər bir balaca keyfiyyətli sayılır:


“Birinci fazada çörək bir dəfə mayalanır, yoğrulur və ora müəyyən maya əlavə olunur. Haradasa, birinci fazada 2 saata yaxın mayalanmalıdır, sonra ikinci dəfə yoğrulandan sonra artıq kündələnməyə gedir. Kündələnməyə gedəndə formalaşmış xəmir əmələ gəlir. Bu xəmirin də özəlliyi odur ki, mədədə şişkinlik yaratmır. Amma keyfiyyət baxımından təbii ki, lifli, rüşeym qismi və kəpək qismi ayrılmadan dəyirmandan üyüdülmüş undursa, yəni orada bütün mineral və vitaminlər tərkibində qaldığına görə faydalı çörək sayılır. Əla növ undan hazırlanan zavod çörəkləri isə xüsuilə şəkər, diabet xəstələrinə zərərlidir”.
Mütəxəssis bildirib ki, əslində zavod çörəkləri iki faza texnologiya ilə bişirilməlidir:
“Onun fermentasiya müddəti uzun çəkməlidir. Nə qədər fermantasiya müddəti uzun olarsa, o qədər mayadan az istifadə olunur. Mayadan da nə qədər az istifadə olunarsa, əlimizdə keyfiyyətli məhsul ola bilər. O cür çörəkləri tanımaq mümkündür. Çörəyin göz oxşayan olması, kəsəndə məsaməliyi və hündürlüyü də söz mövzusudur. Elə çörəklər də var ki, yastı çörəklərdir və onların fermentasiya müddəti az olub. Təbii ki, çörək sexlərində laboratoriya şəraitində onların düşmə əmsalı, məsaməliyi yoxlanılmalıdır. Bütün çörək zavodlarında ilk öncə unun birinci növbədə laboratoriyadan keçməsi şərtdir. Hansı dərəcədə bişəcəyi təyin olunmalıdır. Çox vaxt bəzi zavodlar da daha çox çörək bişirmək üçün fermentasiya müddətini azaldırlar. 2-3 saat deyil, 1 saatdan sonra yoğrulmağa verirlər ki, artıq o da insanlarda fəsadlar əmələ gətirə bilər və çörəyin də keyfiyyətini aşağı salır”.


Tarix: 28 sentyabr 2022
Baxış: 628

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş