Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Qəhvə içəndə tromb yaranırmı?

Qəhvə çox içənlərdə tromboz olması riski nə dərəcədə yüksəkdir?
Həkim Monika Vassermann qəhvənin tromb yaratmaq ehtimalından danışıb.
Tromb damarda yaranan, toparlanan qan pıtrağıdır.
Belə trombla damar tutulanda həyati təhlükə yaranır.
Həkim qəhvə içənlərin həqiqətən tromb riski daşıdığını bildirib.
"Kofeinli içkilər orqanizmi susuzlaşdırır, damarlardan suyu belə özünə hopdurur, kaliy, maqniyi azaldır, ona görə qan qatılaşır. Onun durulaşması pozulur.
Damarlarda dövr edən qan ağırlaşır, xüsusən ayaqlar, çanaq, qollar ağır işləyir.
O hissələrdə tromb simptomları görülə bilər: ağrı, pulsasiya, şişkinlik, qızarma.
Xüsusən kofeinli içkilər içib idman məşqləri edənlərdə, ürəyi zəif olanlarda tromb əmələ gəlməsi daha yüksəkdir.
"Ürək-damar sistemi zəif olanlar, təzyiqi yüksək olanlar, şəkər xəstələri kofeindən uzaq durmalıdır.
Qəhvəni günün ikinci yarısı, aktiv olmadığınız vaxt, yatmazdan əvvəl içməyin". \\Medicina

Tarix: 27 sentyabr 2022
Baxış: 501

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş