Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Qırmızı kələm turşusu orqanizmdə B12 səviyyəsini artırır – MÜTƏXƏSSİS ARAŞDIRMASI

Qırmızı kələmin tərkibində orqanizm üçün lazım olan bir çox faydalı elementlərin olduğu kimi, B12 vitamini də var. Qırmızı kələm orqanizmdə B12 səviyyəsini artırır və bunun üçün 2 aydan 3 aya qədər hər gün 60 qr qırmızı duzlu kələm istehlak etmək kifayətdir.
vitamin B 12 sinir sistemi pozğunluqlarını aradan qaldıran, qırmızı qan hüceyrələrinin inkişafını və çoxalmasını təmin edən, anemiyanı aradan qaldıran vitamindir. Xəstəlikdən sonra sağalma dövründə çox faydalıdır. İmmunitet sistemini gücləndirir.

Qırmızı kələm həmçinin vitamin C, antosiyaninlər, karotenoidlər, kamprefol və flavonoid antioksidanları ehtiva edir. Bu komponentlər orqanizm üçün son dərəcə faydalıdır. Qırmızı kələmdə kükürd komponenti var. Mövsümi keçid dövrlərində yaşana biləcək soyuqdəymə və qrip kimi xəstəliklərə qarşı immuniteti gücləndirən və mədə bağırsaq xəstəlikləri üçün çox faydalı olduğu bilinən qırmızı kələm, eyni zamanda pəhriz saxlayanlar üçün də çox faydalıdı tərəvəzdir.

Qırmızı turşu kələmi hazırlamaq üçün lazım olan inqrediyentlər:
1 xörək qaşığı Naxçıvan duzu,
1 ç/q qaşığı alma sirkəsi
Orta ölçülü qırmızı kələm
Hazırlanması:
Qırmızı kələmi samanvari doğrayın və bankaya qoyun, üzərinə bir xörək qaşığı Naxçıvan duzu tökün, iki saata yaxın şirəsi çıxana qədər otursun. Sonra alma sirkəsini əlavə edin və kələmin üzərinə çıxacaq qədər qaynar su əlavə edin.

Qida Məsələləri Üzrə Mütəxəssis/Ağa Salamov 
Mənbə: Qidaelmi.Az

Tarix: 26 sentyabr 2022
Baxış: 510

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş