Yaponiyanın Okinawa adasının sakinlərinin uzun ömürlü olmaqlarının sirri bəzi sirrləri də üzə çıxarıb. Beləki gündəlik qida rasionuna yüngül zülallar ilə yanaşı, antosyianin tərkibli şirin kartofu da əlavə etməklə orta yaş həddini maksimum uzada biliblər.
Antosiyanin nədir ?
Antosiyanin “anthos” (çiçək və “kyanos” (mavi) mənasını verən iki yunan sözünün birləşməsindən yaranmışdır. Təxminən 20 antosiyanidin məlumdur. Onlardan 6 sı meyvə və tərəvəzlərdə olur. Bunlar pelargonidin,peonidin,siyanidin,delphinidin, petunidin və malvidindir.
Antosiyaninlərin rəngi ph dərəcəsinə görə dəyişir. Ph yüksəldikcə rəng daha açıq olur və rəngini itirir. Ph səviyyəsi azaldıqca bənövşəyi və tünd qırmızı rəngi alır.
Antosiyanin tərkibli qidalar hansılardır?
Antosiyaninlər çiçəklərdə, meyvələrdə, tərəvəzlərdə və digər bitki toxumların da çəhrayı, qırmızı,mavi və bənövşəyi rəngləri təşkil edir. Qara tut , qırmızı kələm, qırmızı kök, vişnə,gilas,qara üzüm, qırmızı soğan, qırmızı turp, qırmızı alma, qara qarağat, moruq,qara əncir, gavalı, badımcan, şirin kartof və.s kimi qidalar da var.Bu birləşmələr bitkilərə nəinki vizuallıq əlavə edir,həmdə insanın da gənc qalmasına səbəb olur.
Antosiyanin faydaları
1.Antioksidant xüsusiyyətlərinə görə sərbəst radikallarıa qarşı mübarizə aparır.
2.Oksidləşdirici stressi azaldır
3. İltihabı azaltmağa yardımçı olur.
4. Yüksək xolesterolu olan 169 insan üzərində aparılan araşdırmada, gün ərzində iki dəfə 320 mq antosyianin əlavəsi iltihab əlamətlərini əhəmiyyətli dərəcədə azaldıb.
5. Tərkibində antosiyaninlər olan qidaların istehlakı tip 2 diabetdən qoruya bilir. Bu qidaları istehlak edən insanlar da diabet inkişaf riski 15% azalır.
6. Xərçənglə mübarizə qabiliyyətinə malik olan antosyianinlər , xərçəng hüceyrələrinin artmasının da qarşısını alır.
7. Antosiyanin pəhrizi ürək qan damar sistemi üçün də çox faydalıdır.
8. Qan təzyiqinin yüksəlməsinin yüksəlməsinin qarşısını aldığı kimi,qan təzyiqini də tənzimləyir. Aparılan 12 həftəlik araşdırmalar da ,hər gün albalı suyu içən insanların sistolik və diastolik qan təzyiqlərinin müvafiq olaraq 7,7 və 1,6 mmHg azaldığını görülüb.
9. Antosyianinlər yaddaş və diqqəti artıraraq beyin fəaliyyətini də artırır. Buda diqqəti daha asan cəmləməyə kömək edir və zehni inkişafı dəstəkləyir.
10. Antosiyanin piqmentləri dərinizi günəşin zərərli ultrabənövşəyi şüalarından qoruya bilər.
Ağa Salamov/ Qida Məsələləri Üzrə Mütəxəssis
Mənbə: Qidaelmi.az