Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Xərçəngdən ürəyə üzümün 8 faydası -Çiyidi ilə birlikdə yeyin!

Yay aylarının vazkeçilməz meyvəsi olan üzümün bir çox faydaları vardır.

Başda kalium, sodyum, fosfor, maqnezium, xüsusilə K, C, A və B vitamin-minerallarla zəngin meyvə olan üzümün ən önəmli xüsusiyyəti güclü antioksidan təsirli olmasıdır. Bu isə o deməkdir ki, üzüm başda xərçəng olmaqla, bir çox xəstəlik riskini azaldır.

Üzümün faydalarını təqdim edirik:

Mütəxəssislər bildirilər ki, üzümün faydası ən çox qabığı və çiyidindədir. Buna görə də yeyərkən çiyidini çıxartmayın, qabığını soymayın. Bir kiçik kasa üzüm 100 kalori və 25 qram karbohidratdır. Gündə kiçik bir kasa yemək kifayətdir. Karbohidrat tərkibi yüksək olduğu üçün xüsusən diabet xəstələri diqqətli olmalıdırlar.
COVID-19-a qarşı bədən müqavimətini artırır

Xüsusən C vitamini və antioksidan tərkibi ilə immun sistemini gücləndirir. Beləliklə, günümüzün bəlasıkoronavirus olmaqla, bir çox infeksiyalara qarşı bədənin müqavimətini artırır.
Ürək sağlamlığı üçün önəmlidir
Üzüm ürək sağlamlığını qoruyan ən önəmli meyvələrdən biridir.
Aparılan araşdırmalara görə, özəlliklə qırmızı üzüm xolestrolu aşağı salmaqda təsirlidir.
Xərçəngə qarşı qoruyur

Xüsusilə çiyidi ilə birlikdə yeyildikdə tərkibindəki zəngin resveratrol sayəsində xərçəng hüceyrələrinin qarşısını alır.

Yaşlanmanı gecikdirir

Mütəxəssislər bildirirlər ki, üzüm qocalmanın qarşısını alır. Həmçinin, hüceyrələri yeniləyərək dərimizin daha cavan görünməsinə kömək edir.

Pəhriz siyahılarında şirniyyat üçün uğurlu alternativdir
Həkimlərin fikrincə, üzün çəki verməyə də kömək edir. Çünki üzüm yarısı su olan şəkərli və lifli bir meyvədir. Təbii meyvə şəkəri olması və tərkibindəki antioksidanlar sayəsində bədəndəki iltihabı azaldan təsiri ilə arıqlamağa da kömək edir.
Göz sağlamlığında təsirlidir

Üzümün göz sağlamlığını qorumasına dair bir çox çalışma var.

Qan təzyiqini aşağı salır
Aparılan araşdırmalara görə, üzüm qan təzyiqini aşağı salır və infark riskini azaldır.
Qəbzliyin qarşısını alır
Üzüm mütəmadi olaraq yeyildiyi zaman bol lifli tərkibi ilə qəbzliyin qarşısını alır. Bu da bağırsaq xərçəngi riskinin qarşısını alır. \\Medicina

Tarix: 29 avqust 2022
Baxış: 442

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş