Azərbaycanda daha 428 nəfər koronavirusa yoluxub, 9 nəfər ölüb
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 428 yeni yoluxma faktı qeydə alınıb, 475 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Gender.az-a verilən məlumata görə, son sutkada koronavirusdan 9 nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 811 559 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 798 143 nəfər müalicə olunaraq sağalıb, hazırda 3 611 aktiv xəstə var. Bu günə qədər 9 805 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 215, bu günə qədər isə ümumilikdə 7 142 025 test icra olunub.
Tarix: 27 avqust 2022
Baxış: 379
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş