Azərbaycanda uşaqlarda erkən diş çürüməsinin səbəbi açıqlandı
“Adətən, diş məsələsində uşaqlarla bağlı iki tip hal yaşanır. Birincisi, erkən süd dişlərinin çıxmasında problem olur. İkincisi isə altı yaşdan aşağı uşaqların diş gigiyenasında problem baş verir”.
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti İlqar Qacarov stomatoloji xəstəliklər mövzusunda nazirliyin təşkil etdiyi canlı yayımda danışıb.
“Erkən yaşda dişlərinin çürüməsi birbaşa ananın hamilə vaxtı qidalanması ilə əlaqəli deyil. Amma ana yenə də hamilə olarkən uşağın dişlərinin sağlam olması üçün vitamin D və kalsium preparatı qəbul etməlidir.
Gün ərzində uşaqların dişi iki dəfə - səhər və axşam fırçalanmalıdır. Belə ki, valideyn ilk olaraq uşağın dişini barmaqla, diş məcunu olmadan təmizləməlidir. Bir az böyüdükdən sonra isə fırça istifadə edə bilərlər”.\\Medicina
Tarix: 24 avqust 2022
Baxış: 400
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş