Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
İki ay qazlı içki içən siçanların yaddaşı itib- Eksperiment

Braziliyalı elm adamları iki ay siçovullara qazlı su verərək müəyyən ediblər ki, içkinin müntəzəm istehlakı beyin sağlamlığı və davranış problemləri ilə birbaşa əlaqəli ola bilər.
Alimlər siçovulları üç yaş qrupuna, hər birini isə iki komandaya ayırıblar. Birində gəmiricilər gündəlik olaraq adi, ikincisində isə qazlı su içiblər.
57 gündən sonra alimlər heyvanları labirintə yerləşdiriblər. 1 nömrəli komandaların siçovulları heç bir problem olmadan oradan çıxıb. 2-ci komanda çətinliklərlə üzləşib. Gəmiricilər işin öhdəsindən gələ bilməyiblər, çünki onların yaddaşı zəifləyib.
Bundan sonra heyvanlar evtanizasiya edilərək yarılıb. Qazlı su içən siçovulların əksəriyyətində, xüsusən də gənc heyvanlarda müxtəlif dərəcədə beyin zədələri aşkar olunub. \\Medicina

Tarix: 20 avqust 2022
Baxış: 494

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş