Həkimlər ürək üçün ən yaxşı yarmanı açıqlayıb.
Funksional təbabət üzrə həkim Nataliya Koçubeeva bildirib ki, ürək üçün həm uyğun olmayan, həm də faydalı yarmalar var.
"Əslində bütün yarmalar tərkibinə görə eynidir, amma onların bəziləri ürək xəstəliklərində əks göstərişdir.
Yarmaların qlikemik indeksinə baxmaq lazımdır. Nə qədər bu indeks aşağı olsa, deməli o yarma daha yüngüldür.
Mən ürək üçün yulaf, qreçka, yabanı düyü, kinoa və qlütensiz yarmaları tövsiyə edirəm.
Qarabaşaq B qrup vitamin, fosfor, kaliumla zəngindir. O təbiətən qlütensizdir.
Perlova isə qlütenlidir, o hamıya yararlı deyil.
Yeni yarmalardan amarant və kinoa zülal tərkibinə görə liderdir.
Xatırladım ki, ürək əzələsi zülal quruluşludur. Deməli ona zülal lazımdır. Bunları hətta ürək xəstələri də yeyə bilər. Ət yanında qarnir kimi bu yarmaları seçin. Ağ düyüdən isə uzaq olun" \\Medicina