Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Bu ədviyyat psixi xəstəliklərə dərmandır

Dünyanın ən bahalı ədviyyatı olan zəfəran psixiki problemlər və xəstəliklərdən xilas yoludur.

Qırmızı qızıl adalanan, daha çox İranda istehsal olunan, Avropa və ABŞ-a kiloqramı 3000 dollara satılan zəfəran ekstraktı BAD olaraq qəbul edilsə, depressiya, şizofreniya, demensiya, nevroz, yuxu pozulması kimi problemlərdən qurtulmaq olar.

Qeyd edək ki, Bakıda sovet dövründən zəfəran yetişdirilib, Bilgəhdə zavodu da olub. Bu zəfəran da sağlamlıq üçün çox faydalıdır.

Alimlər zəfəranı depressiyalı xəstələrə verib, 2 aydan sonra onlarda yuxu normallaşıb, motivasiya yaranıb, həyata, yaşamağa maraq artıb.

Qeyd edək ki, az miqdarda zəfəranı yeməklərə qatıb qəbul etməklə bu müalicə effektini almaq olmur. Mütləq zəfəran ekstraktı müəyyən dozalarda BAD tableti kimi qəbul edilməlidir. \\Medicina

Tarix: 18 iyul 2022
Baxış: 629

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş