Dad alma mexanizmində şokolad
İlk olaraq onu qeyd etmək istəyirəm ki,təmiz şokoladın dadı ağızda 45 dəqiqə qalır.Təbii ki şokoladın əsl aromasını və dadını hiss etmək istəyirsizsə ,burnunuzu əlinizlə sıxın, ağzınıza bir şokolad parçası atın və dilinizdə buraxdığı ləzzətləri ayırmağa çalışın. Şokolad ağzınızda əriyəndən sonra əlinizi burnunuzdan götürün, ağzınızdan dərin bir nəfəs alın və burnunuzdan buraxın. Beləliklə, burnunuzda şokaladın qoxusunu və fərqli aromalarını daha da çox hiss edəcəksiniz və bu günə qədər almadığınız fərqli şokolad ləzzətini tapacaqsınız.
Yaxşı şokoladı yeyərkən ağızda yağ dadı hiss olunmamalıdır.Əgər yağ dadı hiss edirsinizsə, bu o deməkdir ki, kakao yağı ilə yanaşı bitki yağı da (palma) istifadə olunub.
Keyfiyyətli bir şokolad, kakao yağı ilə hazırlanır. Kakao yağı bədən istiliyində 36.5 əriyən yağdır.
Qida məsələləri üzrə mütəxəssis / Ağa Salamov
Mənbə: Qidaelmi.az
Tarix: 07 iyul 2022
Baxış: 491
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş