Gündəlik iş həyatında olan gərgin iş rejimi,əsəb və stres həyatımızın ayrılmaz bir hissəsinə çevrilib.Tədricən bu stressdən uzaq olmaq üçün,sizə iki müalicəvi bitkini dəmləyib içməyi tövsiyə edəcəm.Gəlin ilk öncə,stres və əsəbin vücudumuza verdiyi zərərləri nəzərdən keçirək.
1.Əsəb və stressin orqanizmamıza vuerduğu ilk zərər,beyində hüceyrə ölümünün gerçəkləşməsidir. Amerika Birləşmiş Ştatlarının Nevroloji sahəsinin mütəxəssisləri,əsəb və stressin beyinin hafizə,öyrənmə və duyğulardan cavabdeh olan hüceyrələri öldürdüyünü daha sonra ,hüceyrə azlığınında depresiyaya yol açdığını deyirlər.
2.Stres anında əsəbi halda olduğunuz zaman,adrenalin hormonu meydana çıxar bununla belə adrenalin səviyyəsi artdıqda isə nəbz və bədən istiliyi normadan çox artar.Nəbz ilə bərabər qan dövranı da sürətlənər.
3.Əsəbləşən insanın göz bəbəkləri böyüyür
4.Qanda glukoza artması ilə bərabər toxuma və əzələ hüceyrələri daha çox qidalanırlar.Nəticədə insan dalaşmağa can atır.Bundan əlavə stress və əsəb bir çox xroniki xəstəliklərin başlıca səbəbkarıdır.
Əsəb və sterssdən qorunmaq üçün keçmişdən bu günümüzə miras qalan,təbii sakitləşdirici vasitələrdir.Onlarda biri Pişik otu dəmləməsidir.
Pişik otu dəmləməsi
200 qr. qaynar suya 5 qr pişik otu əlavə edib,buxar hamamında dəmləyib içirik. (Gündə 3 dəfə)
Basqa bir vasitəs isə qaxotu dəmləməsidir :
Qaxotu dəmləməsi
200 qr. qaynar suya 5 qr qaxotu əlavə edib,buxar hamamında dəmləyib içirik
(Gündə 3 dəfə)
Diqqət : İki dəmləmədən yalnız birini içə bilərsiniz.
Qida Məsələləri Üzrə Mütəxəssis / Ağa Salamov
Mənbə: Qidaelmi.az