Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Appendiks... xərçəngdən qoruyur

Appendiks (kor bağırsağın qurdabənzər çıxıntısı) uzun müddət ərzində tibdə sirli orqan sayılırdı. Onun dəqiq funksiyası və orqanizmdə rolu məlum deyildi.
Bu səbəbdən uzun illər ərzində appendiksi "artıq" orqan, rudiment hesab edirdilər.
Daha sonra appendikslə bağlı olan çox maraqlı faktlar aşkar olunub. Məlum olub ki, limfoid toxuması ilə zəngin olan appendiks immun sisteminin çox vacib hissəsidir. Appendiks həzm sisteminin sağlamlığını qoruyur və burada iltihabların və xəstəliklərin inkişafının qarşısını alır.
Son araşdırmalar göstərib ki, appendiks hətta həzm sistemi xərçəngindən qoruyur. Amerika onkoloqları mədə-bağırsaq sistemi xərçəngindən əziyyət çəkən yüzlərlə insanı müayinə etdikdən sonra aşkar ediblər ki, xəstələrin 84%-də keçmişdə appendiks xaric olunub.
Alimlər belə nəticəyə gəliblər ki, appendiksin olmaması mədə-bağırsaq sistemi xərçənginin riskini artırır. \\Milli.Az

Tarix: 02 iyul 2022
Baxış: 462

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş