Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Əllərin ağrıması bu xəstəliklərdəndir

Həkimlər hesab edir ki, əldə ağrılar təkcə zədə və ya stress nəticəsində yaranmır: onlar bu simptomu beş təhlükəli xəstəliklə əlaqələndiriblər.


Bu barədə məqalə “Eat This Not That!” (ETNT) saytında yayımlanıb. Şimal-Qərb Universitetinin radiologiya kafedrasının dosenti, professor Svati Deşmux qol və ayaqlarda ağrıları post-COVID sindromunun əlaməti adlandırıb: “COVİD-19-un səbəb olduğu dayaq-hərəkət sistemi xəstəlikləri müalicə olunur, amma bəzi pasiyentlərdə ciddi fəsadlar yaranır, ağrılar onları daim narahat edir, həyat keyfiyyətinə təsir göstərir”. Professor Deşmux qrip zamanı ağrıların o qədər də intensiv olmadığını sözlərinə əlavə edib.

Həmçinin qoldakı ağrı diabetik neyropatiyanın əlaməti ola bilər, diabetdə kiçik damarların zədələnməsi ilə əlaqəli sinir sisteminin pozulması baş verir. “Zədələnmiş sinirlərə qan axınının məhdudlaşması xroniki, zəifləyən ağrılara səbəb olur. Bu zaman ən sadə hərəkətlər çox ağrılı yerinə yetirilir” , - fizioterapevt Mark Bassell izah edib.

Qollardakı ağrılar və ya şişlər qan laxtalanmasının əlaməti ola bilər. “Laxtalanma əsasən ayaqlarda əmələ gəlir. Amma onlar, xüsusən də tibbi kateter yerindədirsə və ya bu yaxınlarda qolunuzda, boynunuzda, döş qəfəsinizdə cərrahiyyə əməliyyatı keçirmisinizsə, qol damarlarında da əmələ gələ bilər”, - Amerika Təqaüdçülər Assosiasiyasının (AARP) mütəxəssisi deyib.

Onkoloq Qari Larsonun sözlərinə görə, qol və çiyindəki ağrılar ağciyər xərçənginin də əlaməti ola bilər: “Son bir neçə ay ərzində ağciyər xərçəngi diaqnozlu, çiyin ağrısı ilə müraciət edən iki xəstəni müalicə etdim. Karyeram boyu bir çox xəstələrin çiyin ağrısından şikayətləndiyini görmüşəm, çünki xərçəng sinirlərin çiyinə getdiyi səviyyədə çiyin bıçağına, yuxarı bazu sümüyünə və ya onurğa sütununa yayılıb”.

Bundan əlavə, sol qoldakı ağrı infarktın əsas əlamətlərindən biri ola bilər. “Çənə, kürək, boyun və ya qollara yayılan ağrı ürək xəstəliyindən xəbər verir. Əgər gərginlik zamanı narahatlıq hissi yaranırsa və ya güclənirsə, sonra istirahət etmək üçün dayanmalı olursunuzsa, o zaman siz də müayinə olunmalısınız” , - kardioloq Lesli Ço bildirib. \\Publika.az 

Tarix: 08 iyun 2022
Baxış: 756

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş