Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Meymunçiçəyi elə suçiçəyidir, qorxulu deyil - Rəşid Mahmudov

Koronavirus bəlasından sonra, indi də adını son günlər tez-tez eşitdiyimiz meymunçiçəyi virusu insanları təşvişə salıb. Deyilənlərə görə, bu virus xüsusi laboratoriyalarda hazırlanıb və qəsdən yayılır.
Deyilənlər nə dərəcədə inandırıcıdır?
Tibb elmləri namizədi, fizioloq Rəşid Mahmudov Bakıvaxtı.az-a bildirib ki, meymunçiçəyi virusu bizim suçiçəyi xəstəliyinə uyğun gəlir:
“Meymunçiçəyi adlı xəstəlik yoxdur. Onu meymunlarda yaradıblar. Yəni, bu virus süni yaradılıb, lakin harda hazırlandığını bilmirəm. Meymunçiçəyi insanda suçiçəyi olaraq adlandırılır. Əgər meymunçiçəyi laboratoriyada hazırlanıbsa, fərqi yoxdur, suçiçəyi olan adam da bu virusa yoluxacaq”.
R. Mahmudov qeyd edib ki, belə infeksion xəstəliklər daha çox meymunların yaşadığı ərazilərdə olur:
“Vaxtilə çiçək xəstəliyi olub, vaksin tapılandan sonra, heç kim bu vurusa yoluxmadı. 1982-ci ildə çiçək xəstəliyi dünyada tamamilə yox oldu. Çiçək xəstəliyi indi yalnız Kongo şəhərində yaşayan meymunlarda qalıb. Ümumdünya Səhiyyə Təşkilatı isə onları nəzarətdə saxlayır".
Onun sözlərinə görə, meymunçiçəyi isə əslində suçiçəyi virusudur və qorxulu deyil: "Lakin yayılanda insanı zəiflədir, bəzi orqanları zədələyir".
R.Mahmudovun dediyinə görə, koronavirusun bəlası o idi ki, panikaya düşənləri öldürdü. Həmsöhbətimiz hesab edir ki, hər bir halda qorxmaq, panikaya düşmək zərərlidir: "Çünki suçiçəyi qorxulu xəstəlik deyil. Mənə elə gəlir ki, meymunçiçəyi də qorxulu deyil”.

Tarix: 26 may 2022
Baxış: 937

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş