Gender.az Bakupost.az-a istinadən kartofda toksiki maddənin olmasını necə təyin etməyin yollarını təqdim edib.
Belə ki, kənd təsərrüfatı elmləri üzrə namizəd Stanislav Malçev kartofun zəhərli olub-olmadığını aydınlaşdırmaq üçün onu kəsəndə rənginə baxmağın vacib olduğunu deyib:
"Kartof düzgün şəraitdə saxlanılmadıqda onun içində mərkəzində toksiki maddə - alkaloid yığılır.
Kartofun nə qədər uzun saxlanma müddəti olsa da, onun da yararlıdıq dövrü var.
Əgər məhsul avqustun sonu yığılıbsa, o zaman aprelə kartof artıq köhnə hesab olunur. Kartof qaranlıq yerdə saxlanılıbsa, onun ancaq dad keyfiyyəti itir, əgər işıqlı, gün düşən yerdə qalıbsa, yanvar ayına kimi artıq bu kartofda toksiki maddə əmələ gəlir.
Əksər sortlar aprel-maya kimi qala bilir.
Yenə də saxlanma şəraitindən asılıdır. Əgər temperatur stabil olaraq 3-4 dərəcədə qalmayıbsa, yanvar ayına qədər bu kartof korlanacaq.
Kartof o halda təhlükəli olur ki, o işıqlı yerdə saxlanılıb. Bu zaman kartofun özəyi yaşıl rəng alır. Əgər belə yaşıllaşmna varsa, deməli onda gün işığının təsirindən xlorofil və təhlükəli alkaloid formalaşıb.
Belə kartofu almaq, yemək olmaz. Kartofu kəsib, təmizləyib, həmin yaşıl hissəni kəsib atmaqla toksiki zəhəri çıxarmaq praktiki olaraq, mümkün deyil. Yaşıl rəng almış kartofu soymağa, təmizləməyə, bişirməyə cəhd belə etməyin.
Qaynar suda belə bu maddə yoxa çıxmır. Bu kartof bütövlükdə atılmalıdır".







İranda neft tankeri partladı - Çox sayda ölən var
Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq
Putin Kremldə şərtləri açıqladı
Bu bürclər üçün qeyri-adi günlər başlayır
Türk məşhurların villaları uçurulacaq
Bu icra başçısı DTX generalıdır - FOTO
Əməkdar həkim vəfat etdi
Pay torpaqları vətəndaşlardan alınacaq? - Komitə üzvündən VACİB AÇIQLAMA
Tibb işçilərindən sonra kimlərin maaşı artırılacaq?
Bakıda "20 Sentyabr" metrostansiyası olacaq




