Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Damarları xolesterindən ən yaxşı təmizləyən 3 MEYVƏ

Damarlarda xolesterinin yığılması çox təhlükəli haldır və ürək-damar sistemi xəstəliklərinin əsas səbəbidir. Bəzi meyvələr damarlarda xolesterinin yığılmasını azaldır və damarları çox yaxşı təmizləyir. Lif və pektinin sayəsində bu meyvələr orqanizmdən artıq xolesterinin xaric olunmasını aktivləşdirir.
Fransa diyetoloqlarının sözlərinə görə, damarları ən yaxşı təmizləyən meyvələr alma, qırmızı qreypfrut və portağaldır.
"Almanı qabıqlı şəkildə yemək daha faydalıdır ki, qabıqlarda olan birləşmələr piy və xolesterinlə mübarizə etməyə yaxşı kömək edir" - mütəxəssislər qeyd edirlər.
Bütün sitrus meyvələri damarlar üçün faydalıdır. Lakin qırmızı qreypfrutun tərkibində olan antioksidantlar ürək-damar sistemi xəstəliklərinin profilaktikası üçün daha faydalı sayılır.
Portağalın tərkibində olan sterol maddələri də arteriyaları xolesterindən yaxşı təmizləyir, damarları daha möhkəm və elastik edir. \\Saglamolun.az

Tarix: 25 aprel 2022
Baxış: 238

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş