Həkim valeoloq Lidiya Siniçina yuxusuzluq, daim əsnəmək, səbəbsiz öskürəyin də vitamin defisiti olduğunu açıqlayıb.
Həkim orqanizmdə vacib vitaminlərin çatışmadığının çox qəribə gözlənilmək simptomları olduğunu vurğulayıb.
Bu kimi əlamətlərə vaxtında diqqət yetirmək lazımdır ki, xəstəliklərin inkişafına kimi gətirib çıxmasın.
Təbaşir, buz yemək istəyi, səbəbsiz yerə ara-sıra öskürək, saçların tökülməsi orqanizmdə qanazlığı, dəmir, B qrup vitamini çatışmazlığındandır.
Quru, çatlayan dodaqlar, ağız ucu yaraları A, E, B vitaminləri, əsnəmək dəmir və sink defisitinin göstəricisidir.
Diş ətinin, damağın şişməsi, iltihabı, sümük ağrısı D vitamini əskikliyindəndir.
Yuxusuzluq, əsəbilik isə kəskin maqniy çatmadığını göstərir.
Əl-ayaqda qıcolma, uyuşma, qarışqa gəzmə hissi, soyuqluq- bir anda bir neçə problemdən xəbər verir. Bu ya ürək-damar, şəkər problemi, ya da sinir sistemi və onurğadandır.
Bu defisiti vaxtında aradan qaldırmadıqda proses xəstəlik mərhələsinə qədəm qoyur və müalicə daha çətin olur.
Bu kimi problemlərlə həkim endokrinoloq və dietoloqlar məşğul olur. \\BakuPost