Amerikalı diyetoloq Laura Burak arıqlaya bilməyənlərin ən böyük səhvini açıqlayıb.
Ekspertin fikirləri “Eat This, Not That!” nəşrində yayımlanıb.
Burakın sözlərinə görə, arıqlama zamanı təkcə fiziki fəaliyyətə deyil, səhər yeməyinə də fikir vermək, sağlamlığa faydası olmayan qidaların istifadəsini məhdudlaşdırmaq lazımdır. Xüsusilə artıq çəki ilə mübarizədə şirniyyatdan imtina etmək daha yaxşıdır.
Diyetoloqun fikrincə, səhər yeməyi üçün ən pis qida şirin kökələrdir: “Səhərlər yeyilən yüksək şəkər tərkibli qidalar günün qalan hissəsində qanda şəkərin miqdarının artmasına, aclığa və yemək istəyinə təsir edə bilər”.
Səhər şəkərdən imtina etməkdə çətinlik çəkənlər üçün diyetoloq səhər yeməyinə protein qidaları əlavə etməyi təklif edir, çünki onlar növbəti yeməyə qədər qanda şəkərin səviyyəsini sabitləşdirməyə kömək edir. \\Publika.az