Məşhur həkim şəkərlə bağlı yayılmış mifi açdı
Həkim və teleaparıcı Aleksandr Myasnikov “Rossiya 1” kanalında yayımlanan verilişinin “О самом главном” efirində şəkərlə bağlı məşhur mifi dağıdıb.
Həkim şəkər qamışından əldə edilən qəhvəyi şəkərin ağdan daha sağlam olması iddiasını təkzib edib. Onun sözlərinə görə, bu iki növ şəkər kalori baxımından eynidir. “Əslində, şəkər çuğunduru daha şirin deyil. Qəhvəyi olsa da, hələ də ağ ölümdür”, - Myasnikov deyib.
Mütəxəssis şəkərin istifadəsini məhdudlaşdırmağı və ya bu məhsulu rasiondan tamamilə çıxarmağı məsləhət gördü. Eyni zamanda, həkim şəkərin çox vaxt şəkərsiz qidalarda gizləndiyini vurğulayıb. “Şəkər hər yerdə var. Süddə, kolbasada, çörəkdə də olur”, - həkim bildirib. \\Ölkə.az
Tarix: 06 aprel 2022
Baxış: 330
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş