Xəbər lenti
Reklam
Kombilərdən istifadə məhdudlaşdırılsın - Çağırış

Yaşayış binalarında fərdi istlik sistemlərindən, yəni kombilərdən istifadə ətraf mühitin çirklənməsi, eləcə də əlavə yanacağın sərfi baxımından ekoloji problemlərin əmələ gəlməsinə səbəb olur. Ona görə də binalarda mərkəzləşdirilmiş istilik sistemləri olmalıdır və bu da ərazi üzrə düzgün paylanmalıdır.
Bunu Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov deyib.
O qeyd edib ki, binalar istilik enerjisi ilə lazımi səviyyədə tənzimlənməlidir: “Rəy verən zaman aidiyyəti qurumlarla məsləhətləşmələr olur. Binaların mərkəzləşdirilmiş istilik sistemi ilə idarə olunması ilk növbədə ekoloji və sosial-iqtisadi baxımdan daha səmrəli və məqsədəuyğundur”. \\Axar

Tarix: 05 aprel 2022
Baxış: 213

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş