Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Damarlarınızın zəif işlədiyini göstərən - Əlamətlər

Kardioloq İrina Vasilyeva insanda damarların zəif olmasına işarə edən simptomları açıqlayıb.
Mütəxəssisin fikrincə, əllərdə və ya ayaqlarda uyuşma və qaşınma, soyuq dəri, ayağın, topuq və ya baldırın tez-tez şişməsi bu problemin varlığını göstərə bilər.

“Yaddaş, diqqət, konsentrasiya ilə bağlı problemlər, aşağı ətraflarda ağrılar, varikoz damarlarda və ya hətta ayaqların dərisində xoralar varsa, sağlamlığınıza ciddi diqqət yetirməlisiniz”, - ekspert bildirib.

Kardioloq qeyd edib ki, qan dövranının pozulmasının müxtəlif səbəbləri var. Bunlardan ən çox rast gəlinənləri ateroskleroz, tromboz, şəkərli diabet, artıq çəkidir. Damar divarlarını zədələyən, infarkt və insult riskini artıran əsas səbəblərdən biri isə siqaretdir. /publika.az/

Tarix: 01 aprel 2022
Baxış: 268

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş