Saç tökülməsinin qarşısını necə almaq olar?
Saç tökülməsinin bir çox səbəbləri var. Ən çox rast gəlinən səbəblərdən biri də dəmir azlığıdır.
Bunu Səhiyyə Nazirliyinin mütəxəsis-eksperti, terapevt Zakir Quliyev deyib.
D vitaminin çatışmazlığı, qalxanabənzər vəzin xəstəlikləri səbəb də saç tökülməsinə səbəb olur.
“Hər halda saç tökülməsi varsa, bunun alt səbəbi axtarılmalı və düzgün müalicə aparılmalıdır. Düzgün müalicə aparılarsa, saç tökülməsinin qarşısı alınar. Günəşli havada gəzərək D vitamini qəbul etmək də saç tökülməsinin qarşısını almaq üçün faydalıdır”, - deyə o bildirib. \\Trend
Tarix: 24 mart 2022
Baxış: 251
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş