Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Bayramdan sonra əvvəlki formamıza necə qayıdaq? - DİYETOLOQ MƏSLƏHƏTİ

O deyir ki, ac qalmaq barədə fikirləri başınızdan atın, kefir, alma və digər pəhrizləri unudun: “Axı düzgün qidalanma həyat tərzidir”.
Diyetoloq hesab edir ki, bu cür arıqlama üsulları kilonun sürətlə itirilməsinə kömək edir, hansı ki, sonra eyni sürətlə geri qayıdır, çünki bədən növbəti ac qalma üçün piy yığmağa başlayır. Həkim şəkər, un məhsullarını rasiondan çıxarmağı, daha çox meyvə ilə qidalanmağı məsləhət görür.

“Hər şeyi yeyə bilərsiniz, amma qədərində. Arıqlamaq müvəffəqiyyəti gündəlik balanslaşdırılmış pəhrizdədir”, - deyə o bildirib.

Şəfa Yadigarova bayram günlərindən sonra formada olmaq istəyənlər üçün daha bir neçə məsləhət də verib:
1. Gündə 30-40 dəqiqə fiziki fəaliyyətlə məşğul olun. Bu açıq havada gəzmək, rəqs, idman və ya zövq aldığınız hər hansı digər fəaliyyət ola bilər.
2. Daha çox su için.
3. Axırıncı yemək axşam saat altı və ya yeddidən gec yeyilməməlidir.
4. Axşam saatlarında meyvə yeməyin.
5. Qazlı içkilərdən imtina edin.
6. Saat 23:00-dan gec yatmayın.

Mənbə: Sağlamolun.az

Tarix: 22 mart 2022
Baxış: 235

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş