Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Şəkərbura və paxlavanı neçə gün saxlamaq olar? – Marketlər etibarlı deyil...

Bayram ərəfəsində bəzi şəxslər Novruz şirniyyatlarını marketdən almağa üstünlük verir. Marketdən alınan şəkərbura və paxlavanın isə hansı yağla, hansı şəkildə bişirildiyi qeyri-müəyyəndir.
Maraqlıdır, bu şirniyyatları alarkən diqqət etməli olduğumuz məqamlar hansılardır? Bayram şirniyyatlarını neçə gün və hansı şəkildə ev şəraitində saxlamaq olar?
Gender.az bildirir ki, mövzu ilə bağlı Sfera.az-a danışan qida məsələləri üzrə ekspert Ağa Salamov şəkərbura və paxlavanın üç gün ərzində istehlak edilməli olduğunu deyib
"Bayramın özəlliyi odur ki, hər bir evdən milli nemətlərin ətri yayılsın. Marketdən alınan şirniyyatlar bilinmir ki, hansı yağla
bişirilir. Bu cür şirniyyatlar biznes hiyləsi ilə bir çox yerlərdə marqarin yağı ilə hazırlanır. Bu da trans yağ olduğu üçün orqanizmdə mənimsənilmir. Yaxşı olardı ki, insanlarımız adət-ənəni qorumaqla az sayda da olsa bayram şirniyyatlarını öz evlərində bişirsinlər.
Bayram şirniyyatlarını quru yerdə, ağzı bağlı şəkildə, quru parçaya bağlamaqla saxlamaq lazımdır. Şirniyyatları günəş şüasından qorumaq önəmlidir. Beləliklə, həmin məhsulları 3 gün istifadə edə bilərlər. Şirniyyatları soyuducuda saxlamaq olmaz, çünki onların tərkibindəki şəkər kristallaşır və su yaradır. Şəkərbura-paxlavanın otaq tempraturunda saxlanılması daha uyğundur”.

Tarix: 15 mart 2022
Baxış: 268

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş