Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Bütün günü aclıq hiss etməyin 5 SƏBƏBİ

Gün ərzində tez-tez aclıq hissi keçirtmək, yeməklərdən sanki doymamaq, mədənin sıyrılması hissi insanın kökəlib, piylənməsinə, ürək-damar və şəkər xəstəliklərinə zəmin yaradır.
Əsas 5 faktor insanın tez-tez aclıq hiss etməsinə təkan verir.
1. Sizdə zülal defisiti var
Bu o zaman baş verir ki, siz zülalla zəngin ət, yumurta və s. yemirsiz və ya az yeyirsiz. Çünki toxlu hissi yaradan hormon üçün zülal vacibdir.
2. Normal yuxu almırsız
Yuxu iştah hormonu qrelini tənzimləyir. İnsan yuxusuz qaldıqda, daha çox qrelin sintez olur, ona görə aclıq hissi bitmir. Az yatanlar çox yemək istəyir.
3. Qidanızda daha çox rafinə olunmuş karbohidratlar var
Bunlara çörək, un, şirniyyat, tələsik qidalar, qəlyanaltılar, buterbrodlar, məsələn dönər daxildir. Orqanizm bu qidaları yedikdə tez doyur, tez də acıyır. Çünki onları yeyən zaman qana güclü və tez zamanda şəkər sıçrayır, qısa müddət sonra insulin bu şəkəri qanda azaldır, bu da hipoqlikemiyaya səbəb olur. Bu zaman orqanizmə təcili yeməlisən siqnalı gedir.
4. Az yağ qəbul edirsiz
Yağlar gec həll olur və həzm yollarında ən çox yol gedir. Onlar toxluq hormonuna da təsir edir. Əgər siz yetərincə kərə və bitki yağları almırsızsa, toxluq hissini gec duyacaqsız.
5. Yemək yeyəndə fikriniz dağılır, telefona, televizora baxırsız
Yemək zamanı söhbət edən, nəyəsə baxan, sosial şəbəkələrdə olan insanda doymaq hissi beyindən gec gəlir. Onun kalori qəbulu artır. Yemək zamanı gözləriniz boşqabda, ətraf sakit olmalıdır ki, beyindən gələn siqnalı vaxtında tuta biləsiz.
Çox zaman depressiya, nevroz, təşviş pozuntusu olanlarda da güclü aclıq hissi yaranır.
Menstruasiya öncəsi və hamiləlik zamanı aclıq-toxluq hissinin pozulması normaldır. \\Bakupost.az

Tarix: 11 mart 2022
Baxış: 265

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş