Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Omikrondan qorunmaq üçün nə qədər antitel lazımdır?

Yoluxub sağalandan və ya peyvənddən sonra bədənin immun cavabı olan antitellər Omikrondan qorumağa yetərlidirmi?
Həkimlər Omikron ştammı üçün klassik kovid və Deltadan da çox antitel lazım olduğunu bildirib.

Çünki hazırda aktiv və geniş yayılan ştamm odur və orqanizm virusa yoluxarkən ona əlavə dəstək lazımdır. Bu dəstək isə revaksinasiyadır.

Ekspertlər izah edir ki, antitellər A, M, G, İgA siniflərinə bölünür.

Orqanizmə virus hissəciyi düşən kimi antitellər mübarizəyə başlayır.

Elə antitellər var ki, onlar virusu hətta burunda, boğazda artıq zərərsizləşdirir.

Rusiyalı alimlər təxmini qeyd edib ki, Delta ştammından qorunmaq üçün 300 Beynəlxalq vahid antitel yetərlidir. Amma Omikronda bu 800-dən aşağı olmamalıdır. Ən yaxşı nəticə 2000-dən yuxarıdır.

Ona görə hər yoluxmaq və hər peyvənd bu qədər antiteli yaratmaya bilər. Əgər sizin son 3 ayda antitelləriniz 2000 və yuxadırsa, 80% qorunmaq ehtimalı var.

Yox əgər bundan aşağıdırsa və ya 300-500-dürsə o zaman buster dozaya tələsin.

Antiteli yüksək olan insanlar xəstəliyi çox yüngül keçirir. \\Medicina.az

Tarix: 22 fevral 2022
Baxış: 219

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş