Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Bu qəndlər insan sağlamlığı üçün ciddi təhlükədir - Ekspertdən HƏYƏCAN TƏBİLİ

“Təəssüflər olsun ki, ölkədə standartlara uyğun kəllə qənd istehsal edən müəssisələr öz bazarını qorumaq üçün heç bir iş aparmır. Onlar KİV-lə iş aparmalıdır ki, bazar insan sağlamlığına zərərli və təhlükəli mallardan təmizlənsin”.
Gender.az xəbər verirki, bu sözləri Redaktor.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov söyləyib. O bildirib ki, qənd məhsullarının keyfiyyəti ilə bağlı rəhbərlik etdiyi təşkilat hazırda tədqiqat aparır:
“Bu sahədə çox ciddi problemlər var. Xüsusilə kəllə qəndlə bağlı. Kəllə qənd şəkər tozundan alınır. Şəkər tozundan kəllə qənd almaq üçün iki üsuldan istifadə olunur. Bunlardan biri standartlara uyğun olan üsuldur. Digər isə insan həyatına təhlükə gətirən üsuldur. Standartlara uyğun olan üsulda şəkər tozunu müəyyən temperaturda qaynatdıqda kəllə qəndə çevrilərkən o saralır. O sarı rəngdən ağ kəllə qənd almaq üçün xüsusi bahalı bir cihazdan istifadə edilir. Beləliklə qənd ağardılır. Digər üsulda isə dəri aşılamaq və paltar ağartmaq üçün istifadə olunan “blanket” adlı kimyəvi maddədən istifadə olunur. Azərbaycanda fəaliyyət göstərən çoxsaylı kiçik sexlər bu maddədən istifadə edir. Belə kəllə qənd insan sağlamlığı üçün ciddi təhlükədir”.
E.Hüseynov bildirib ki, dəfələrlə bu məsələ gündəmə gəlib:
“Hətta Baş Prokurorluq bununla bağlı bir neçə il öncə cinayət işi açıb, yoxlamalar keçirib. Hazırda əmtəə bazarında külli miqdarda belə qənd nümunələri var. Birliyimiz bu yaxınlarda onun bütün nümunələrini əldə edəcək. Yenidən ekspertizalar keçiriləcək. İnsan həyatı üçün təhlükəli olan qəndlərin bazardan çıxarılması və həmin təhlükəli maddənin Azərbaycana gətirilməsinin qarşısını almaq üçün müəyyən işlər görəcəyik. Təəssüflər olsun ki, ölkədə standartlara uyğun olan kəllə qənd istehsal edən müəssisələr öz bazarını qorumaq üçün heç bir iş aparmır. Onlar KİV-lə iş aparmalıdır ki, bazar təhlükəli mallardan təmizlənsin. Qanuni istehsalla məşğul olan şəxslər partizan kimi susub. Əslində bu doğru mövqe deyil. Gərək dövlət orqanları qarşısında məsələ qaldırılsın ki, bu anormal vəziyyətin qarşısı alınsın”.


Tarix: 07 fevral 2022
Baxış: 241

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş