Evdə korona xəstəsi varsa, riski necə azaltmaq olar?
İnsan orqanizmi immun sisteminin işi sayəsində COVİD-19-un öhdəsindən gələ bilər və ya yoluxmuş hissəciklərin yalnız çox kiçik bir hissəsini aldıqda infeksiyanı asanlıqla keçirə bilər. Bu səbəbdən yeni yoluxmuş insanın qaldığı evdə digərlərinin maska taxması lazımdır. Maskanı tez-tez dəyişdirmək lazımdır. O zaman biz ailə üzvlərini daha böyük əminliklə infeksiyadan qoruya bilərik.
Pəncərələri açaraq mənzili mümkün qədər daha tez-tez havalandırmaq lazımdır - təmiz hava axını otaqdakı virus hissəciklərinin konsentrasiyasını azaldır.
Müntəzəm olaraq otağı nəm parça ilə silmək də şərtdir.
Evin bütün səthlərini, xüsusən də ən çox toxunulan səthləri xlor tərkibli vasitə ilə təmizləmək infeksiyanı azaldır. \\Axar
Tarix: 11 oktyabr 2021
Baxış: 270
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş